Bakı metrosunda ölüm hadisəsi baş verib.
BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl axşam saatlarında metronun İnşaatçılar stansiyasında qeydə alınıb. Belə ki, sərnişin 1957-ci il təvəllüdlü Həqiqət Rabil oğlu Quliyevin stansiyada olarkən qəfildən halı pisləşib.
Təcili yardım gələnə qədər onun artıq dünyasını dəyişdiyi məlum olub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiq edib.
Qeyd edək ki, H.Quliyev uzun illər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində ("Xələc türməsi") zabit kimi işləyib. O, təqaüdə çıxdıqdan sonra isə bir müddət Salyan şəhərindəki "Kür" hotelinin direktoru vəzifəsində çalışıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...