Rusiyanın aqressiyasının artması qarşı tərəfdə də əks effekt doğurur. Ukrayna da öz növbəsində haqlı şəkildə Belqorod və digər sərhəd əraziləri atəşə tutur.
Bu sözləri BUTA.TV-a son gunlərdə Rusiyanın Ukraynaya raket hücumlarının artmasının səbəbləri haqqında danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert Rusiyanın silah istehsalında sanksiyalar nəticəsində yaşanan problemləri Ermənistan kimi ölkələr vasitəsilə həll etdiyini bildirib:
“Qarşılıqlı şəkildə aqressiyanın artması yaxın zamanda hansısa bir masanın qurulmasına hazırlıq getdiyindən xəbər verir. Tarixi təcrübə də bunu göstərir. Aqressiya, faciəli insan ölümləri artanda həmişə sülh çağırışları da artır. Son aparılan araşdırmalarda Rusiyanın hücumda istifadə etdiyi raket və dronların bir çox komponentlərinin elə Qərb istehsalı olduğu üzə çıxıb.
Rusiya sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadə edir və onun üzərindən yarımkeçiricilər, mikrosxemlər və digər elektronik avadanlıqlar alaraq raket və dron istehsalını artırır. Əvvəl bu sahədə problemlər yaşanırdı, indi aradan qaldırılıb”.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...