AB Şurasının sədri Şarl Mişel iyunda keçiriləcək Avropa Parlamentinə seçkidə iştirak etmək niyyətində olduğu üçün istefa verə biləcəyini bildirib.
BUTA.TV xəbər verir ki, o, bu barədə Belçikanın “De Standaard” qəzetinə müsahibəsində deyib.
“2024-cü ildə keçiriləcək Avropa seçkisində iştirak etmək qərarındayam”, - Mişel bildirib.
AB Şurasının sədri vəzifəsini vaxtından əvvəl tərk edib, iyun ayında Avropa Parlamentinə keçiriləcək seçkidə iştirak etmək üçün Belçikanın liberal partiyası “İslahat Hərəkatı”na (“Mouvement Réformateur”) qoşulmaq niyyətində olduğunu açıqlayıb.
Bu qərarla əlaqədar Mişel ilin sonunadək, mandatı başa çatmamış Avropa Şurasına sədrlik vəzifəsini tərk edəcək:
“İyunun sonu və ya iyulun əvvəlində Avropa Şurası yeni sədr barədə qərar verə biləcək”.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...