Məktəblərin təmirindəki çatışmazlıqların aradan qaldırılması üçün inşaatçılar özləri pul ödəməlidirlər.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Armavir vilayətinə səfəri zamanı deyib.
O, məktəbin idman və mərasim zalının əsaslı təmir olunduğu, 362 milyon dram vəsait xərclənən Canfida kəndində olub.
"Bu məktəbdə bir sıra problemlər var. Dövlət büdcəsindən maliyyələşən proqramlarda çatışmazlıqlar yolverilməzdir. Belə layihələri başa çatmış hesab etmək olmaz", - deyə baş nazir bildirib.
Onun sözlərinə görə, oxşar problemlər Artimetdəki məktəbin yeni idman zalında da mövcuddur (qiyməti 198 milyon dram).
Qeyd edək ki, Lori və Armavir bölgələrinə analoji səfərlərdən sonra qubernatorlar, eləcə də Şəhərsalma Komitəsinin rəhbəri işdən çıxarılıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...