Rusiya BMT Təhlükəsizlik Şurasında Qərbin Ukraynaya hərbi texnika göndərməsi mövzusunu müzakirəyə çıxarmaq istəyir. Müzakirələrin yanvarın 22-də keçirilməsi planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Rusiyanın bu məntiqi anlaşılmazdır:
“Ukrayna ərazisinə müdaxilə edir və sonra dünyadan Ukraynaya hərbi texnika göndərməməyi tələb edir. Kreml Ukraynaya hərbi texnika göndərən ölkələrə həm də demək istəyir ki, işğalı bitirməyə imkan verin. Rusiya özü Ukrayna şəhərlərini bombalamaq üçün İran və Şimali Koreyadan aldığı raketlərdən istifadə edir.
Aydındır ki, BMT Təhlükəsizlik Şurasında Ukrayna əleyhinə qətnamənin qəbulu mümkün deyil. Kremlin məqsədi fərqlidir. Rusiya BMT-də irəli sürdüyü sənədə səsvermə keçirməklə iki məqsəd güdür: birincisi, işğalçı müharibədə “haqlı” olduğunu göstərmək, ikincisi, BMT üzvləri arasında müharibəylə bağlı öz xeyrinə fikir ixtilafını dərinləşdirmək”.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...