İranın Kirman şəhərindəki partlayışları kamikadzelər törədib.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA agentliyi mənbəyə istinadən məlumat yayıb.
"Hadisə yerinin və video görüntülərin ətraflı öyrənilməsindən sonra əminliklə deyə bilərik ki, birinci partlayış kamikadze tərəfindən törədilib, ikinci partlayış da çox güman ki, eyni formada baş verib", - mənbə bildirib.
Qeyd edək ki, dünən Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Son məlumata görə, 84 nəfər ölüb, 284 nəfər yaralanıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...