Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həkimi təltif edib.
BUTA.TV xəbər verir ki, bu barədə sərəncam Rusiya Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib.
Səhiyyə sahəsində xidmətlərinə və uzun illər vicdanlı əməyinə görə Moskvanın N.V.Sklifosovski adına Elmi-Tədqiqat Təcili Tibbi Yardım İnstitutunun (ETİ) şöbə müdiri Ruslan Bayramov “Təşəkkürnamə” ilə təltif olunub.
Qeyd edək ki, Ruslan Bayramov institutda 2011-ci ildən cərrah, 2019-cu ildən isə şöbə müdiri kimi fəaliyyət göstərir.
Babası Əmir Bayramov Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunun əfsanəsi hesab olunur. Əmir Bayramov bu institutda 50 ilə yaxın fəaliyyət göstərib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...