Çin Prezidenti Si Szinpin İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
BUTA.TV xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
"Kirmanda partlayış xəbəri məni şoka saldı. Çin hökuməti və xalqı adından bu hadisənin qurbanlarının ailəsinə başsağlığı verirəm. Çin terrorizmin bütün növlərinə qarşıdır və İranın milli təhlükəsizliyini, sabitliyini qorumaq səylərini qətiyyətlə dəstəkləyir", - deyə o vurğulayıb.
Qeyd edək ki, yanvarın 3-də ölkənin Kirman şəhərində Qasım Süleymaninin anım mərasimi zamanı baş verən iki partlayış nəticəsində 95 nəfər ölüb, 211 nəfər yaralanıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...