Şahbuz rayonu ərazisində, Kiçik Qafqaz dağlarında yerləşən, dillər əzbəri olan Batabat yaylağı ilin bütün fəslində özünəməxsus gözəlliyi ilə seçilir. Batabat yaylağının qış mənzərələri müxtəlif çalarlarının ahəngidir.
Yay aylarında min bir rəngə çalan dağ yamacları, çəmənlər, meşələr indi bəyaz qarla örtülüb.
BUTA.TV xəbər verir ki, Report Batabatın donmuş göllərini və qış mənzərələrini əks etdirən fotoreportaj hazırlayıb.
Qeyd edək ki, Batabat gölü Naxçıvan Muxtar Respublikasının dağlıq hissəsində, dəniz səthindən 2 424 m yüksəklikdədir. O, uçqun və sürüşmədən yaranan şirinsulu göldür.
Yaylaq dəniz səviyyəsindən 3 100-3 200 metr hündürlüyü olan “Qonaqgörməz”, “Səbətkeçməz”, “Təkəli”, “Əyriqar”, “Çaldağ” adı ilə tanınan dağlarla əhatələnir.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...