16:21
Yanvarın 3-də İranın Kirman şəhərində general Qasım Süleymaninin öldürülməsinin ildönümünü qeyd etmək üçün yürüş keçirilib.
BUTA.TV xəbər verir ki, mərasim zamanı iki partlayış baş verib.
Partlayışlar general Qasım Süleymaninin dördüncü ildönümünü qeyd etmək üçün keçirilən yürüş zamanı - qəbiristanlığa aparan yolda olub.
İran mediasının məlumatına görə, azı 15 nəfər yaralanıb.
Partlayışın səbəbləri hələlik məlum deyil.
***
Partlayışda ən azı 20 nəfər ölüb.
Bu barədə İRİB telekanalı məlumat yayıb.
***
Ölənlərin sayı azı 50 nəfərə çatıb.
Hakimiyyət orqanları baş verən partlayışı terror aktı adlandırıb.
***
Partlayışlarda ölənlərin sayı 73-ə, yaralananların sayı isə 170-ə çatıb.
***
Kirman fövqəladə hallar şöbəsinin rəhbəri ölənlərin sayının 103-ə qalxdığını açıqlayıb.
Yaralananların isə 170 nəfərdən çox olduğu bildirilir.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...