Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib:
“Onu da qeyd edək ki, xanım 2006-cı il təvəllüdlüdür və ailə qurarkən 17 yaşı olub. Həyatı təhlükəsi yoxdur”.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, xanımın bir müddət əvvəl itkin düşməsi barədə polisə məlumat daxil olub. O, evdən başqa kişi ilə qaçarkən 5000 manat dəyərində qızıl da aparıbmış.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...