Birləşmiş Ərəb Əmirlikləri Avrasiya və Cənubi Qafqaz ölkələrinə yatırımlarını ildən ilə artırır. Bu ölkə Türkiyənin gəlir gətirən şirkətlərinin səhmlərini alaraq ortaq layihələr reallaşdırıb, növbəti mərhələdə 50 milyarddan çox yatırım qoymağı planlaşdırıb. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı genişləndirib, “Abşeron” qaz yatağında payı var. Əmirliklər Ermənistanın da əsas ticarət tərəfdaşıdır. Bu ilin 9 ayında iki ölkə arasında ticarət mübadiləsinin həcmi 1 milyard dolları aşıb.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan şahinoğlu qeyd edib.
O bildirib ki, BƏƏ Azərbaycanla Ermənistan arasındakı danışıqları da diqqətlə izləyərək ötən ilin dekabr ayında bununla bağlı bəyanat yayıb:
“Bəyanatda iki ölkə arasında razılaşdırılmış etimad quruculuğu tədbirləri yüksək qiymətləndirilərək fikir ayrılıqlarının sülh yolu ilə həllində körpülərin qurulmasının, əməkdaşlıq və dialoqun vacibliyi vurğulanıb.
Bu fəallıq nəzərə alınaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün Birləşmiş Ərəb Əmirliklərinin ərazisi təklif edilsə, gərək təəccüblənməyək. Neytral dövlət olmaqla yanaşı Azərbaycan və Ermənistanın əsas ticarət tərəfdaşlarından biridir”.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...