İtaliyalı futbol məşqçisi Karlo Ançelotti “Real Madrid”in onun üçün son iş yeri olacağını açıqlayıb.
BUTA.TV xəbər verir ki, 29 dekabr 2023-cü ildə 64 yaşlı Ançelotti “Real”la yeni müqavilə imzalayıb. Sənədin müddəti 30 iyun 2026-cı ilə qədərdir.
“Bu mənim son işimdir. Karyeramı bitirəndə 2026-cı il ola bilər. Amma 2028-ci ilə qədər məşqçi olmaq istəyirəm. Çünki Madridi sevirəm, burada qalmaq istəyirəm. Bu, əldə edə biləcəyimiz uğurlardan asılı olacaq”, - deyə Ançelotti bildirib.
Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə “Real Madrid”ə rəhbərlik edib və 2021-ci ildə yenidən kluba qayıdıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...