Daxili İşlər Nazirliyi ölkədə yüzlərlə nişanı ləğv edib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin Kəmalə Ağazadə məlumat verib. O, ölkədə ilk dəfə bu addımın atıldığını vurğulayıb:
"2024-cü ilin ilk günü bu məlumatla paylaşmağı özümə borc bilirəm. İlk dəfə baş verdi. Azyaşlı övladını məcburi ərə verməyə çalışan atanın həbsi dönüş yaratdı. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu dəfə elə böyük iş gördü ki, artıq yüzlərlə nişan ləğv edilib, geri qaytarılıb".
Birliyin sədri bildirib ki, DİN profilaktika tədbirləri ilə erkən yaşda nişanın qarşısını almağın mümkünsüzlüyünü gördükdən sonra sözügedən addımı atıb:
"DİN-in bir dəfə yetər deməsi kifayət elədi ki, insanlar ayılsın. Çox çalışdıq. İctimai qınağın da faydası olmadı. Həbs, ağır cəza olmalı idi. Biz bacardıq".
Qeyd edək ki, bir neçə gün öncə Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata həbs edilib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...