Bakının Xətai rayonunda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən BUTA.TV-a bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində rayon ərazisində yerləşən insanların istirahət etdiyi park və xiyabanlarda pirotexniki vasitələrin satışını təşkil edən daha 3 nəfər saxlanılıb. Onlardan ümumilikdə 500 ədəd yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə aşkar edilib.
Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər hal-hazırda da davam etdirilir.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...