Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən bayram günlərində Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfər edən şəxslərin təhlükəsizliyi məqsədilə zəruri tədbirlər davam etdirilir və nəzarətdə saxlanılır. Gedişənə icazə verilən bütün vətəndaşların və turistlərin sərbəst keçidi təmin edilir.
DİN-in mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, fərdi minik avtomobilləri ilə səfər edən və müvafiq portaldan (www.yolumuzqarabaga.az) qeydiyyatdan keçən vətəndaşların Şuşa şəhərinə səfəri Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonları istiqamətindən müəyyən edilən marşrut üzrə təşkil edilir.
Təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə insanların hərəkətinə icazə verilmir. Bununla bağlı müvəqqəti polis postlarında sürücülərə təlimat-bildirişlər təqdim olunur.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...