Amerikanın "Qreyvli" hərbi gəmisi husilərin "Maersk" şirkətinin "Hangzhou" ticarət gəmisinə hücumuna cavab olaraq Qırmızı dənizdə iki gəmi əleyhinə ballistik raketi vurub.
BUTA.TV xəbər verir ki, bu barədə Amerika Mərkəzi Komandanlığının X sosial media hesabında məlumat yayılıb.
"ABŞ-ın "Qreyvli" hərbi gəmisi husilərin ticarət gəmisinə hücumuna cavab olaraq, iki ədəd gəmi əleyhinə ballistik raketi vurub", - məlumatda deyilir.
Qeyd olunur ki, daha əvvəl Sinqapur bayrağı altında üzən Danimarkanın "Maersk" gəmiçilik şirkətinin “Hangzhou” konteyner gəmisi Qırmızı dənizin cənubundan tranzit keçərkən raketlə vurulub və yardım istəyib.
ABŞ Mərkəzi Komandanlığı sözügedən gəminin istifadə üçün hələ də yararlı olduğunu və itkilərin olmadığını vurğulayıb:
"Bu, husilərin 19 noyabrdan bəri beynəlxalq gəmiçiliyə 23-cü qanunsuz hücumudur".
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...