Mən Baş nazir vəzifəsi üçün namizəd olmayacam. Baş nazir dəyişməyəcək. Nazirlər də öz postlarında qalacaqlar.
BUTA.TV xəbər verir ki, bunu hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, “Gürcü arzusu” bu gün 60 faizə qədər real reytinqə malikdir və partiya 2024-cü il seçkilərində qalib gələcək.
“Gürcü arzusu” 2024-cü il seçkilərində mütləq qalib gələcək. Biz 2012-ci ildən bəri izlədiyimiz xətti gedəcəyik, ölkəmizi 2030-cu ilədək Avropa İttifaqına üzv edəcəyik, insan haqlarını mümkün qədər yaxşılaşdıracağıq”, - deyə İvanişvili vurğulayıb.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...