2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteni çap ediləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında məlumat verib.
Onun sözlərinə görə, seçki bülletenlərinin hazırlanması ilə bağlı bir sıra tədbirlər var:
“Səsvermə gününə 35 gün qalmışa qədər səsvermə bülletenlərinin mətni, forması, sayı və qaydası hazırlanmalıdır. Seçki bülletenlərində namizədləri soyadı, adı, atasının adı əlifba sırası ilə göstərilir”.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...