Avrora MMC “Ümid yeri” uşaq sığınacağında məskunlaşan kimsəsiz uşaqlar üçün Yeni il şənliyi təşkil edib. Uşaq əyləncə mərkəzində keçirilən görüşdə uşaqlar həm gün ərzində müxtəlif oyunlar oynayıb, həm də animator və cizgi film personajlarının iştirakı ilə keçirilən şou proqrama qatılıblar.
Tədbirin sonlarında şaxta baba uşaqların arzularını həyata keçirib. Uşaqlara isti geyimlər və hədiyyələr verilib. Sosial aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.
Avrora Qrup 2023-cü il ərzində "Korporativ sosial məsuliyyət proqramı"nda xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlamış və 2024-cü ildə də silsilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.
#AvroraQrup #AvroraMMC #Avroramektub #Yeniil #bayramhediyyesi #Şaxtababa #sosialproqram #uşaqevi
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...