Qazaxıstanın Taliban hərəkatını respublikada qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarı Əfqanıstanı beynəlxalq təcriddən çıxarmağa və ölkədə vəziyyətin sabitləşməsinə kömək edəcək.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Ümid edirik ki, Astananın bu qərarı Əfqanıstan hakimiyyəti ilə dialoqun inkişafına müsbət təsir göstərəcək və regional təhlükəsizliyin qorunması, terrorizm, eləcə də narkotik cinayətlərinə qarşı mübarizədə birgə səylər də daxil olmaqla, qarşılıqlı etimadı gücləndirəcək”, - o bildirib.
Qeyd edək ki, Qazaxıstan hakimiyyəti Taliban hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...