Laçında aparılan tikinti-quruculuq işlərində xidmətləri olan dövlət qurumları və şirkətlərin mükafatlandırma mərasimi keçirilib.
BUTA.TV xəbər verir ki, mərasimdə Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, "Bakı Abadlıq Xidməti" MMC, "Laçın Abadlıq Xidməti" ASC, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, "Azərenerji" ASC, "Azərişıq" ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və bir çox şirkətlərin rəsmiləri iştirak ediblər.
Laçının yenidən qurulmasında, abadlaşdırılmasında və məşğulluğun təmin olunmasında xidmətlərinə görə bir sıra qurumlar, habelə şirkətlər mükafatlandırılıb. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi də Laçının yenidən qurulmasındakı fəaliyyətinə görə mükafatlandırılanlar sırasında olub. Mükafatçılara “Laçın qartalı” heykəli təqdim edilib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...