“Traktor”un döyülən xanım azarkeşləri istintaqa çağırıldı

13:26 - 29 Dekabr 2023 - GÜNDƏM

 “Traktor”un döyülən xanım azarkeşləri istintaqa çağırıldı

“Traktor” klubunun tərəfdarları, ictimai fəallar Məhvəş Nuri və Zəhra Fətəlizadə Gilan əyalətinin Ənzəli şəhərinin təhlükəsizlik idarəsinə çağırılıblar.

BUTA.TV xəbər verir ki, bu barədə fəallar özləri məlumat yayıblar.

Çağırışın adıçəkilən fəalların “Traktor” və “Mələvan” komandaları arasında keçirilən görüşdə yaranan qarşıdurma ilə bağlı olduğu bildirilir.

Rəşt və Germi şəhərindən olan xanım fəallar görüş zamanı stadionda “Mələvan” komandasının tərəfdarları tərəfindən döyülüb və təhqir olunublar.

Bu xəbər hal-hazırda çox oxunur
WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?

“Traktor” komandası bununla bağlı İran Futbol Federasiyasına şikayət etsə də, məsələ ilə bağlı tədbir görülməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol