Millət vəkili Siyavuş Novruzovun “Milli Məclisin deputatlarından hamısı biznesmen, iş adamı deyil ki” ifadəsi cəmiyyətdə bir sıra suallar doğurdu. Bu, Siyavuş Novruzovun deputatlar arasında bizneslə məşğul olanların varlığını təsdiqləməsidirmi?
Qanunvericilik millət vəkillərinə bizneslə məşğul olmağı qadağan etdiyindən, S.Novruzovun bu ifadəsi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı elə Siyavuş Novruzov BUTA.TV-a açıqlamasında bildirib ki, deputatlar özü birbaşa bizneslə məşğul olmur:
“Bilirsiniz, qanunla deputat bizneslə məşğul ola bilməz. Deputatların özü deyil, övladı və ya digər qohumu bizneslə məşğul olur”.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...