Venesuela Prezidenti Nikolas Maduro Britaniyaya məxsus Trent gəmisinin Qayana sahillərinə gəlməsinə kəskin qarşı çıxıb və bunun fonunda Karib dənizinin şərqində müdafiəni gücləndirməyi və Atlantik okeanı sahillərində hərbi təlimlərə başlamaq barədə tapşırıq verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Venezolana de Televisión” məlumat yayıb.
"Venesuela müdafiə, sabitlik və sülh hüququna malikdir. Biz heç kimin təxribat və təhdidlərini qəbul etmirik. Venesuela təhdid və təxribatlara qətiyyət və vətənpərvərliklə cavab verir", - Maduro vurğulayıb.
Qeyd edək ki, Venesuela ilə yaranmış gərginlik fonunda Britaniya Qayana sahillərinə “Trent” patrul gəmisini göndərib.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...