Xarici işlər naziri Ceyhun Bayramov ABŞ ilə yaranmış gərginliyin səbəbkarının Azərbaycan olmadığını bəyan edib.
BUTA.TV xəbər verir ki, nazir dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib ki, artıq gərginlik sözündən istifadə etmək doğru deyil.
Onun sözlərinə görə, ABŞ ilə Azərbaycan arasındakı münasibətlərlə bağlı Bakının mövqeyi aydın ifadə olunub:
"Səbəblər hər kəsə aydındır. O vaxtdan bəri biz müsbət tendensiyanın şahidi olduq".
Nazir Azərbaycanın ABŞ ilə münasibətlərin inkişafında maraqlı olduğunu bildirib:
"Biz hər zaman yaxşı tərəfdaş olmuşuq. Müxtəlif sahələrdə əməkdaşlıq edib, çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycan hər zaman etibarlı tərəfdaş olub".
C.Bayramov qeyd edib ki, Bakının gözləntisi münasibətlərin tamamilə normallaşması istiqamətində addımların atılmasıdır.
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...