31 dekabr - 6 yanvar qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC-nin şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 101 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 7 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 74 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:
https://uploads.cbar.az/press-releases/f7b4a989136a7fd43f454d983.pdf
https://uploads.cbar.az/press-releases/d70bbd7910741158cd26ab1d1.pdf
https://uploads.cbar.az/press-releases/f535af838fa85bd71c2b988d9.pdf
- Qəbiristanlıqdan tapılan 2 yaşlı uşaqdan anası imtina etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...