Xəbər verdiyimiz kimi ölkədə küləkli hava şəraiti dava edir. Şimal-qərbdən ölkə ərazisinə daxil olan soyuq hava kütlələri nəticəsində dekabrın 28-də gecə saatlarından başlayaraq hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında isə 25-28 m/s-yə çatır:
“Güclü külək gün ərzində davam edəcək. Küləyin maksimal sürəti bəzi yerlərdə 28-33 m/s-yə çatacaq. Axşam saatlarından tədricən zəifləyəcək. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərin, hündür ağacların altında dayanmaq məsləhət görülmür”.
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...