Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Sankt-Peterburqda görüşlə yanaşı, iclasdan birgə çıxması da diqqət çəkdi. Bu, tərəflər arasında münasibətlərin normallaşması, birbaşa təmasların inkişafı baxımından müsbət məqamdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
“Lakin bu detal 2018-ci ildə MDB-nin Düşənbə sammiti çərçivəsində baş verən “lift diplomatiyası”nı da xatırladır. Həmin vaxt Əliyev Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanla ilk dəfə görüşürdü. Paşinyan “atəşkəsə” əməl etmək haqda söz vermiş və Əliyevdən xahiş etmişdi ki, danışıqlarda konstruktiv mövqe səergiləyəcək, lakin hakimiyyətə yeni gəldiyi üçün zamana ehtiyacı var. Sonradan mövqeyinin dəyişməsi 44 günlük müharibəyə səbəb oldu.
Sankt-Peterburqda “lift diplomatiyası”nı xatırladan təmasların hadisələrin inkişafına necə təsir edəcəyi də Paşinyanın sülh gündəliyinə nə qədər sadiq qalacağından asılı olacaq”, - politoloq vurğulayıb.
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...