Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla İstanbul Aydın Universitetinin təsisçisi və Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydınla görüşüb.
BUTA.TV xəbər verir ki, qonağı rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu deyən rektor ADU haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, universitetdə 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Əsas Avropa dilləri ilə yanaşı Çin, yapon, Koreya, ərəb və s. dillər tədris olunur. ADU-nun beynəlxalq əlaqələri genişlənir. Universitetin təşəbbüsü və təşkilatçılığı ilə müxtəlif ölkələrdə Azərbaycan dili və mədəniyyət mərkəzləri fəaliyyət göstərir.
Mustafa Aydın səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi universitetin Azərbaycan universitetləri, eyni zamanda Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu deyən qonaq dillərin tədrisində ADU-nun potensialını yüksək qiymətlədirib.
Qonaq ADU-nun ilk dəfə QS sahələr üzrə dünya universitetlərinin reytinqində “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olmasını böyük uğur kimi dəyərləndirib.
Daha sonra digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
- Sürücülərin 80 faizinin vəsiqəsi əlindən alına bilər - Ekspert
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...