Ukrayna müdafiə qüvvələri Xerson vilayətində Dnepr çayının sol sahilində rus işğalçılarının hücumlarını uğurla dəf etməkdə davam edir.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda bildirilib.
"Gün ərzində 59 hərbi toqquşma baş verib", - məlumatda deyilib.
Xüsusilə, Kupyanski istiqamətində ukraynalı müdafiəçilər Xarkov vilayətinin Sinkovka ərazilərində və Petropavlovkanın şimal-şərqində düşmənin 8 hücumunu dəf ediblər. Ruslar Xarkov vilayətinin Sobolevka yaxınlığında hava zərbəsi endiriblər. 10-a yaxın yaşayış məntəqəsi artilleriya və minaatanlardan, xüsusən Xarkov vilayətində Sinkovka, Petropavlovka, İvanovka, Berestovodan atəşə tutulub.
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto