İranın Ermənistandakı səfiri Mehdi Sübhani və səfirliyin mədəniyyət müşaviri Məhəmməd Əsədi Müvəhhid İrəvanda 200 nömrəli məktəbdə görüş keçiriblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Araks” erməni nəşri məlumat yayıb.
İranlı nümayəndələr məktəbdə fars dili öyrənən şagirdlərlə görüşüb, məktəb rəhbərliyi ilə məsləhətləşmələr aparıblar.
İran səfiri 1600 şagirdin oxuduğu, 750 şagirdin fars dili öyrəndiyi məktəbin problemlərinin həllinə yardım edəcəklərini deyib.
Qeyd edək ki, İranla Ermənistan arasında güclənən hərtərəfli münasibətlər fonunda Ermənistanda fars dilinin tədrisi genişləndirilir.
- Sürücülərin nəzərinə: Bu küçə bağlanır!
- Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto