Dekabrın 25-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, dekabrın 24-də müşahidə olunan güclü külək 25-i səhər saatlarından 8-13 m/s-dək mülayimləşib.
Qar örtüyünün hündürlüyü Daşkəsən, Şahdağda 13 sm, Göygöldə 12 sm, Qrızda 11 sm, Ordubad 10 sm, Gədəbəydə 6 sm, Şahbuz, Qubada 3 sm, Qusarda 2 sm, Altıağac, Xaltan, Şəki 1 sm olub.
Düşən yağıntının miqdarı Qusarda 17 mm, Göygöldə 15 mm, Daşkəsəndə 10 mm, Şahdağ, Qrız, Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Şəmkir, Gədəbəy, Zaqatala, Şəki, Şabran, Xınalıq, Xaltan, Altıağac, Balakən, Ağdam, Naftalan, Gəncə, Qax, Şərur, Xaçmaz, Yevlax, Neftçalada 7 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Daşkəsən, Göygöl, Qrız, Lerik, Göyçayda duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7 dərəcə isti, Naxçıvan MR-da 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 3-6 dərəcə isti, dağlıq rayonlarda 8-14 dərəcə şaxta olub.
- Azərbaycanda bu qurum ləğv edildi
- Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək - Video
- Özbəkistan nümayəndə heyəti DOST Agentliyində...
- FHN Heydər Əliyevin xatirəsinə tədbir keçirtdi - Foto
- Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji...
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü