Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsində yerləşən yaşayış binasında partlayış baş verib.
BUTA.TV xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı məlum olub ki, üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 24m² olan üçotaqlı mənzilin anbar kimi istifadə edilən 1 otağında, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.
Hadisə nəticəsində mənzilin 1 otağının əlavə artırması 2m² sahədə uçub, 2 otağın pəncərə çərçivələri və dəmir barmaqlıqları yerindən çıxıb. Partlayış dalğasının təsirindən otağa yığılmış ayaqqabı və digər geyim əşyaları yararsız vəziyyətə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü
- Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - Foto
- DOST Mərkəzində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək