Çin dünyanın əlverişsiz bölgələrində xarici layihələrin təhlükəsizliyini təmin etmək üçün tədricən öz şəxsi hərbi şirkətlərini yaratmaq niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.
Bildirilib ki, Çin-Afrika İş Şurasının və Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı ilə Pekində keçirilən seminarda Çin vətəndaşlarının və müəssisələrinin təhlükəsizliyinin təmin edilməsi mövzusu müzakirə edilib.
Tədbirdə Çinin ən böyük təhlükəsizlik şirkətləri, Xarici İşlər Nazirliyinin rəsmiləri iştirak edib.
Qeyd olunub ki, hazırda dünyanın müxtəlif ölkələrində Çin kapitalı ilə 47 min şirkət fəaliyyət göstərir. Onlar əsasən enerji, mədənçıxarma, infrastruktur və istehsal sektorlarında layihələrdə iştirak edirlər.
Çinin Kommersiya Nazirliyinin hesabatına əsasən, bu şirkətlərdə işləyənlərin sayı 4.1 milyon nəfərdir. Onların da 2.5 milyonunu əcnəbilər təşkil edir.
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü
- Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - Foto
- DOST Mərkəzində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək