İnfarktdan öncə infarktönü vəziyyət yaranır. Çox xəstələr bu məqamı gözdən qaçırır.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, kardioloq Anastasiya Fomiçeva ürək üçün tipik olmayan kardial simptomları açıqlayıb.
“Tipik simptomlara döş qəfəsində ağrı, sancı, təngnəfəslik, təzyiqin qəfil düşməsi, ürək ritminin pozulması – ya aritmiya, ya bradikardiya aiddir. İnfarkönünün qeyri-tipik simptomları: qəfil zəiflik, tərləmə, ürəkbulanma, qusma, öyümə, qarında ağrı, öskürək, huşun itməsi, ölüm qorxusu, ayaqların gücsüzləşməsi.
Aşağıdakı simptomlar isə artıq infarktın kəskin fazasını göstərir:
- Sinədə sanki beton plitə varmış kimi ağırlıq;
- Sinədə alov, yanma hissi;
- Sanki öndən və arxadan bıçaq kəsirmiş kimi hiss;
- Ağrının boyun, çənə, qola, qarına yayılması;
- Nitroqliserin qəbulundan sonra da ağrının kəsməməsi;
- Ağrı 20-30 dəqiqədən tutmuş 5 saata kimi davam edə bilər", - kardioloq qeyd edib.
- Bakıda başçının köməkçisi öldü - Foto
- Gənc müəllim Cəbrayılda görülən işlərdən yazdı - Foto
- Sumqayıtda maşın yolu çökdü
- Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərləndi - Foto
- DOST Mərkəzində Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək