FİFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu üçün maliyyə vəsaiti ayıra bilər.
BUTA.TV xəbər verir ki, bu barədə FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov “Anadolu” agentliyinə açıqlamasında deyib.
Funksioner bildirib ki, maddi dəstək “FİFA Forward” proqramı çərçivəsində həyata keçiriləcək:
“Müharibələrdə infrastruktura ciddi ziyan dəyir. Savaşlar bitdikdən sonra zərər çəkən ölkələrə dəstək göstərəcəyik. Bir gün dünyaya sülh gələcək. Futbol insanları birləşdirəcək, dünya daha qlobal olacaq".
E.Məmmədovun sözlərinə görə, 2016-cı ildən həyata keçirilən layihə çərçivəsində FİFA-ya üzv olan 211 milli assosiasiyaya fərq qoyulmadan ümumilikdə 2,8 milyard ABŞ dolları məbləğində yardım edilib:
“Türkiyə futbol ölkəsidir. FİFA burada futbolun inkişafına xüsusi önəm verir. Türkiyə Futbol Federasiyası ilə sıx əlaqədəyik. Ölkənin bütün kənd və şəhərlərində futbol oynanılır. İndiyədək “FİFA Forward” proqramı çərçivəsində Türkiyəyə ümumilikdə 9,8 milyon dollar vəsait ayrılıb. Bu dəstək gələn il də davam edəcək”.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi