Növbədənkənar prezident seçkilərində azad olunmuş ərazilərdə səs verəcək vətəndaşlara göndəriləcək bildirişdə təbriklə əlaqəli əlavə bəndin salınması qanunvericiliyin tələbinə uyğundur.
BUTA.TV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, işğal dövründə məcburi köçkünlərin səsverməsi ilə bağlı problem bir beynəlxalq təşkilat tərəfindən belə vurğulanmayıb:
“Həmişə işğal altında olan ərazilərin sakinlərinin səsvermə prosesinin çətinliyi barədə beynəlxalq təşkilatlara məlumat verirdik. Amma onlar bir dəfə də olsun bunu qeyd etməyiblər. Onlar əvvəllər bizdən problemimiz barədə soruşurdular. Amma hər dəfə məcburi köçkünlərlə bağlı problemi deyirdik deyə artıq bunu soruşmamağa başladılar”.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi