Macarıstan Bolqarıstanın Şengen zonasına daxil olmasına qoyduğunu vetonu ləğv edib. Çünki Bolqarıstan Rusiya qazının öz ərazisindən tranziti üçün artan rüsumların tətbiqini aradan qaldırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
“Biz Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel ilə yenidən telefonla danışdıq. O bildirdi ki, Macarıstana təbii qaz tədarükünə əlavə vergini ləğv edən qanun bu gün Bolqarıstan qəzetində rəsmi olaraq dərc edilib və bununla da qüvvəyə minib”, - deyə Siyarto bildirib.
Qeyd edək ki, bundan öncə Macarıstan Bolqarıstana Rusiya qazının öz ərazisindən tranziti üçün tarifin artırılması qərarını ləğv etməyəcəyi təqdirdə Şengen zonasına daxil olmasına veto qoyacağı barədə xəbərdarlıq etmişdi.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi