“Neftçi”də gözlənilməz ayrılıq reallaşıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, klubun kommersiya üzrə direktoru Rüstəm Allahverdiyev vəzifəsindən ayrılıb.
Qeyd edək ki, mətbuat və marketin departamentinin rəhbəri olan təcrübəli funksioner sentyabrda vəzifəsini dəyişmişdi. Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılmışdı. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimli təyin olunmuşdu. Emin Əfəndi də klubun mətbuat xidmətinin rəhbəri kimi çalışmağa başlamışdı.
- Bakıda 97 yaşlı qadının meyiti tapıldı
- Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir?
- Onların övladlarının təhsil haqqını dövlət ödəyəcək
- İlham Əliyev onu rektor təyin etdi
- Sumqayıtda ev yandı: Ana və qızı...
- İdman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı - Foto
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi