Televiziya kanallarına ziyalıları çağırıb onların rəyi öyrənilməlidir. Üzeyir Hacıbəyli bunumu istəyib ki, bizdə bəzi telekanallarda ancaq toy mahnıları səslənsin. Olsun, amma bizim intellektual səviyyə təkcə toy musiqiləri ilə bitmir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə televiziya kanallarının ziyalıları efirə dəvət etməməsinə narazılığını bildirərkən deyib.
Yaradıcı ittifaqların və mədəniyyət xadimlərinin l qurultayında çıxış edən F.Əlizadə eyni zamanda qeyd edib ki, bu il çox əlamətdar hadisələrlə yadda qalıb:
"Biz bu il çox yüksək səviyyədə Ulu Öndər Heydər Əliyevin 100 illiyini keçirdik. Bu il ərzində Şuşaya getdik, həmin yerləri gəzib gördük. Mən onu xüsusilə vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində təkcə qələbə qazanmayıb, həm də böyük qurucudur. Qarabağa gedib qısa zaman ərzində görülən quruculuq işlərini görmək, həmin möhtəşəmliyin şahidi olmaq bunu bir daha göstərir".
- İlham Əliyev bu sərgilərlə tanış oldu
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi
- Bu nazirlikdə struktur dəyişikliyi edildi
- AAYDA-nın 3 qurumu ləğv olundu
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi