İrəvan və Tehran arasında sənaye əməkdaşlığına dair memorandum imzalandıqdan sonra Ermənistan İran limanlarından daha sərfəli şərtlərlə istifadə edə biləcək.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan deyib. “Hazırda tərəflər müzakirə edir, memorandumun imzalanması ilə bağlı razılıq əldə olunub”, - o bildirib.
Qeyd edək ki, dekabrın əvvəlində İrəvan və Tehran sənaye əməkdaşlığına dair memorandum imzalamaq barədə razılığa gəlib ki, bu da Ermənistan tərəfinə İran limanlarından istifadə etməyə imkan verəcək. Sənədi imzaladıqdan sonra Ermənistan sadələşdirilmiş qaydada, xüsusən də İranın üç əsas limanından - Ənzəli, Bəndər Abbas, Çabahardan istifadə edə biləcək.
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi
- Bu nazirlikdə struktur dəyişikliyi edildi
- AAYDA-nın 3 qurumu ləğv olundu
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı