Qarşılaşma gərgin və maraqlı keçdi. Burada oynamaq xoş idi. Tarixi anlar yaşadıq. Allah şəhidlərimizə rəhmət etsin. Bizə bu tarixi anları yaşamaq üçün şərait yaratdığına görə Ordumuza təşəkkür edirəm.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə Azərbaycan kubokunun 1/8 finalında bu gün Xankəndidə MOİK-lə keçirilən oyundan (1:0) sonra jurnalistlərə müsahibəsində deyib.
Matçın 90+5-ci dəqiqəsində hesabı açan gənc hücumçu vurduğu tarixi qol haqda da danışıb:
"Çox sevindim. Xoşbəxtəm ki, tarixi oyunda tarixi qolun müəllifi oldum. Bir ay bundan öncə belə düşünürdüm ki, Xankəndidə qol vuracağam. O qolun müəllifi olmaq şərəfdir. Vurduğum qolu şəhidlərimizə həsr edirəm".
- HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi
- Bu nazirlikdə struktur dəyişikliyi edildi
- AAYDA-nın 3 qurumu ləğv olundu
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı