“Boz Qurdlar” hərəkatının Almaniyanın Köln şəhərində qondarma “erməni soyqırımı” qurbanlarının “xatirəsinə” ucaldılan abidənin sökülməsinə nail olduğu təsdiqlənib.
BUTA.TV xəbər verir ki, bu barədə qərarı Köln meri qəbul edib.
Almaniya Erməniləri Mərkəzi Şurasının idarə heyətinin üzvü Samvel Lulukyan deyib ki, heykəl ilin sonuna kimi sökülməlidir. Onun sözlərinə görə, bunda “Boz Qurdlar”ın təsiri olsa da, əsasən Türkiyənin dünyada güclənən mövqeyinə və siyasi gücünə görə bu qərar verilib.
Lulukyan onu da qeyd edib ki, ümumiyyətlə, abidənin ucaldılması ilə bağlı rəsmi icazə də olmayıb, sadəcə, erməni diasporu bunu gətirib və qoyub.
"Müxtəlif məhkəmə prosesləri getdi, diplomatik kanallarla buna qarşı çıxmağa çalışdılar, lakin sonda qərara gəldilər ki, 2017-ci ildə icazəsiz qoyulan abidə sökülməlidir", - Lulukyan bildirib.
- Bu ərazilərdə qaz olmayacaq
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?