Avropa Birliyi (AB) ölkələri Qırmızı dənizdə naviqasiya azadlığı və gəmilərin təhlükəsizliyinə nail olmaq üçün ABŞ-ın “Prosperity Guardian” əməliyyatına qoşulmaq qərarına gəliblər.
BUTA.TV xəbər verir ki, bu barədə AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell X şəbəkəsində yazıb.
Onun sözlərinə görə, husilərin fəaliyyəti bu ərazidə gəmilərin hərəkətinə təhlükə yaradır:
"AB Atalanta əməliyyatı vasitəsilə “Prosperity Guardian”a töhfə verməyə razılaşıb”.
Qeyd edək ki, dekabrın 19-da Pentaqon rəhbəri Lloyd Ostin Qırmızı dənizdə husilərdən qorunmaq üçün çoxmillətli əməliyyatın başlandığını elan edib.
- Bu ərazilərdə qaz olmayacaq
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?