ABŞ Prezidenti Co Bayden həbsdə olan Amerika vətəndaşlarını azad etmək üçün Venesuela ilə razılaşmanın bir hissəsi olaraq qaçaq venesuelalı diplomat Aleks Saabı əfv etmək üçün çətin qərar verib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.
"Bu mübadiləni mümkün etmək üçün prezident son dərəcə çətin bir qərar verməli və yəni çirkli pulların yuyulması ittihamı ilə istintaq altında olan Aleks Saabı əfv etməli idi", - rəsmi söyləyib.
Qeyd edək ki, ABŞ və Venesuela arasında məhbusların azad edilməsi ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, Venesuela 36 məhbusu azad edəcək. ABŞ-ın azad edəcəyi şəxs isə Maduronun müttəfiqi, kolumbiyalı iş adamı Aleks Saabdır.
- Dini ekstremist materiallar yayan şəxsə hökm oxundu
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO