AB ümumilikdə Ukraynaya ABŞ-dan qat-qat çox yardım edib.
BUTA.TV xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell deyib.
Borrell qeyd edib ki, AB ölkələri ikitərəfli razılaşma və Avropa Sülh Fondu vasitəsilə Ukraynaya 30 milyard avroya yaxın hərbi yardım göndərib:
“Bu yardım sayəsində Ukrayna müqavimət göstərə bildi. ABŞ-ın hərbi yardımı bizimkindən daha əhəmiyyətli idi, lakin hərbi, maliyyə, iqtisadi, humanitar yardımları toplasanız, Avropa Ukraynaya ABŞ-dan qat-qat çox dəstək verdi. Bu məsələdə AB-nin birliyi davam edəcəkmi? ABŞ-dan kömək yeni prezident dövründə, hətta onun seçkilərinə qədər davam edəcəkmi? Bu suallara cavab verilməlidir. Biz Avropada buna cavab verməliyik. Məncə, Ukraynanın tərəfində olmalıyıq, daha çox və daha sürətli nələrsə etməliyik, çünki Rusiya AB üçün strateji təhlükə yaradır”.
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- İlk dəfə: Aviabiletlər "DigiTravel"lə ABB mobile tətbiqində alınır!
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO