Rusiyanın iştirakı olmadan Ukrayna üçün sülh formulunun axtarışı heç bir nəticəsi, potensialı olmayan absurd prosesdir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, tez-tez xatırlanan “sülh formulu”nda sadəcə gözünüzü açıb faktlara baxmaq lazımdır. Onlar Rusiyanın iştirakı olmadan sülh formulunu axtarmağa çalışırlar. Bu, ən azı absurd prosesdir. Ciddi şəkildə desək, təbii ki, bu, heç bir nəticəsi, potensialı olmayan bir prosesdir”, - o bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlar məsələsinin indi əhəmiyyətsiz olduğunu, lakin Kiyevin “sülh formuluna” malik olduğunu bildirmişdi.
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- İlk dəfə: Aviabiletlər "DigiTravel"lə ABB mobile tətbiqində alınır!
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO