Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası 2024-28-ci illər üçün “Qazprom Ermənistan” investisiya proqramını təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, proqramın ümumi həcmi 148.9 milyard dram (370 milyon dollar) təşkil edir.
Bunun 25,1 milyard dramı (təxminən 62 milyon dollar) Abovyan yeraltı qaz anbarının əsaslı təmiri və genişləndirilməsinə, 56,6 milyardı (təqribən 141 milyon dollar) qaz nəqli şəbəkəsində təmir-tikinti işlərinə və 40,7 milyardı (101 milyon dollar) qazpaylayıcı şəbəkədəki işlərə ayrılacaq.
İrəvanın qaz təchizatı sisteminin genişləndirilməsi proqramına 20 milyard dram (təxminən 50 milyon dollar) ayrılması da planlaşdırılır.
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- İlk dəfə: Aviabiletlər "DigiTravel"lə ABB mobile tətbiqində alınır!
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO