İran hökuməti siyasi-ideoloji təbliğatını genişləndirmək məqsədilə 24 dildə veriliş yayımlayacaq “Səhab” adlı yeni televiziya kanalı açır.
BUTA.TV xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, televiziya kanalı İran televiziyasının xarici verilişlər bölməsi tərəfindən açılır və yalnız xarici ölkələrdə yayımlanacaq.
Kanalın xarici ölkələrdə İranın siyasi, ictimai, mədəni, tarixi və s. məsələləri barədə müsbət təsəvvür yaratmaq üçün təsis edildiyi qeyd edilib.
Xatırladaq ki, İranın yeni büdcə ilində dövlət televiziyası və ona bağlı xarici redaksiyalara ayrılan vəsaitin artırılması nəzərdə tutulub.
- Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
- Qohumunun mağazasını soydu
- İlk dəfə: Aviabiletlər "DigiTravel"lə ABB mobile tətbiqində alınır!
- Keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO